Gürcüstanın idman naziri Azərbaycana gələcək
Yusif Nəzərli
15:13 03.06.2025
Cənubi Qafqaz
263
Gürcüstanın idman naziri Şalva Gogoladze Azərbaycan Parlamentinin üzvlərini qəbul edib və iki ölkə arasında idman sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gogoladze görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, yaxın zamanda onun xaricə ilk rəsmi səfəri Azərbaycana olacaq.
Səfər zamanı azərbaycanlı həmkarı ilə bir sıra yeni layihələr müzakirə ediləcək ki, bu layihələr hər iki dövlət və xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Gogoladze vurğulayıb ki, son illərdə Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib və bu sahədə böyük təcrübəyə malikdir.
O, həmçinin qeyd edib ki, azərbaycanlı idmançılar müxtəlif idman növləri üzrə Gürcüstana gəlir, gürcü idmançıları isə Azərbaycanda yarışlarda iştirak edir. Münasibətlərin və əməkdaşlığın daha da dərinləşməsi üçün belə görüşlərin sayının artırılması vacibdir.
Nazir əlavə edib ki, tez-tez keçirilən görüşlər iki dost və qardaş xalq arasında daha sıx əlaqələr yaratmağa xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət