Rusiya Ukraynaya kütləvi raket zərbələrini endirir - FOTO

Ukraynanın Sumı vilayətindəki Konotop şəhərinin meri Artem Semenixin əraziyə Rusiyanın kütləvi hücumlarının olduğunu bildirib.

Teleqraf xəbər verir ki, onun sözlərini Strana.ua Telegram kanalı sitat gətirir.

O deyib: "Ərazidə bütün səma zərbələrdən qırmızı rəngə boyanıb. Əvvəllər heç belə olmamışdı".

Digər Telegram kanalları da məlumatı təsdiq edib. Ukraynanın monitorinq resurslarında isə hücum xəritələri dərc olunub.

Eyni zamanda Kiyevə və Xarkova da raket hücumlarının olduğu bildirirlir.