Sabir Rüstəmxanlı: “Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq”
Yusif Nəzərli
04:17 03.07.2025
Siyasət
363
“İçimizdəki Rusiyaya xidmət edənlər səbəbindən milli prinsiplərimizi həyata keçirməkdə çətinlik çəkirik”
“Niyə biz hər il rusdilli məktəblərə daha çox şagird verməliyik? Şəxsən mənim fikrim, tövsiyəm budur ki, yeni tədris ilindən etibarən azərbaycanlılar övladlarını Azərbaycandilli məktəblərə aparsınlar”
Qardaş Türkiyədə əməliyyat olunan Xalq şairi Sabir Rüstəmxanlı Vətənə qayıdıb. Xalq şairinin məhz robotik cərrahiyyə mütəxəssisi, məşhur uroloq Lütfi Tunç tərəfindən əməliyyat olunması maraqla qarşılanıb. Əməliyyatdan sonra bu barədə paylaşım edən S.Rüstəmxanlı bunları yazmışdı: “İyunun 25-də Ankara Acıbadəm xəstəxanasında Lütfi bəy məni öz kəşfi olan “Omeqa Tunç texnikası” ilə və mənə izlətdirərək əməliyyat etdi. İki gün sonra iyunun 27-də xəstəxanadan çıxdım. Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim”.
İyunun 30-da Bakıya qayıdan xalq şairi həm keçirdiyi əməliyyat, hazırkı sağlıq durumu, həmçinin Rusiyada soydaşlarımıza qarşı törədilən qanlı cinayətlər barədə ürək sözlərini “Sherg.az”la bölüşüb:
- Əməliyyat çox rahat, yüngül keçdi. Lütfi bəy 20 illik dostumdur. Ona əlbəttə etibar edəcəkdim. Özümü yaxşı hiss edirəm, heç bir ağrım, narahatlığım qalmayıb. Narahatlığım soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlıdır. Bu barədə hələ Türkiyədə olarkən fikirlərimi bildirmişəm. Rusiyanın Azərbaycana münasibəti bəllidir. Bu günün söhbəti deyil bu. 200 il davam edən siyasətdir. Rusiya həmişə işğalçılıq siyasəti aparıb, indi də davam etdirir. İrəvanda ermənilərin süni şəkildə yerləşdirilməsi, etnik türklərin qədim yurd yerlərindən deportasiyası, Rusiya imperiyasının Azərbaycan türklərinin savadlanmasına, maariflənməsinə yaratdığı süni əngəllər, yaxın tariximiz – Qarabağ müharibəsi barədə danışsaq, çox uzun olar. Erməni kim idi ki, gəlib bizim torpaqları işğal etsin?!. Bəlli məsələdir, bunu Rusiya etdi. Bizim Həsən bəy Zərdabi kimi ziyalılarımız millətin maariflənməsi yolunda min-bir əziyyətə qatlaşıblar. Digər xalqlara rahatlıqla nəsib olanlar bizə çox çətinliklə başa gəlib. Rusiyanın Azərbaycanı işğalı Cavad xanın qətlə yetirilməsiylə başlayıb. Bilirsiz ki, biz “Cavad xan” filmini çəkdik. O filmə baxan bəziləri bizə irad tutdu ki, “ruslar nəsə burda çox ölür”!. Guya ki biz işğalçıyıq, qaniçənik, insan qatiliyik!... Hətta filmdə belə rus qoşunlarından çox insanın ölməsini bəyənməmişdilər, “heysiyyətləri”nə toxunmuşdu. Azərbaycanda Rusiyaya xidmət edənlər o qədər var ki! Amma biz öz ləyaqətimizi, milli kimliyimizi itirməməliyik. Düşmənin üzərinə onun “silahı” ilə getməməliyik. Onlar kimi hərəkət etməməliyik. Məsələni diplomatik yolla həll etməyə çalışmalıyıq.
Rusdilli məktəblərin ləğvinə gəlincə, Sabir Rüstəmxanlının mövqeyi qəti oldu:
- Azərbaycan müstəqil dövlətdir, dövlət dili Azərbaycan dilidir. Başqa dilləri də öyrənək, amma öz dilimizin hesabına yox. Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq. İçimizdəki Rusiyaya xidmət edənlər səbəbindən milli prinsiplərimizi həyata keçirməkdə çətinlik çəkirik. Rusdilli məktəblər problemi nə vaxt qaldırılsa, üzərimizə gəlirlər. Guya rusdilli məktəblər keyfiyyətli təhsil verir. Bu, cəfəngiyyatdır, saysız misallar, arqumentlər gətirmək olar buna qarşı. Azərbaycan Kinostudiyasına görə hər xalq öz ana dilində məktəb aça bilər. Amma Azərbaycan dövləti yalnız öz ana dilində - dövlət dilində məktəbləri maliyyələşdirir. Ruslar məktəb istəyirsə, buyursunlar özəl məktəblər açsınlar, ödənişli əsaslarla təhsil versinlər. Dövlətə də vergi ödəsinlər. Məktəb prinsipial və milli məsələdir. Niyə biz hər il rusdilli məktəblərə daha çox şagird verməliyik? Şəxsən mənim fikrim, tövsiyəm budur ki, yeni tədris ilindən etibarən azərbaycanlılar övladlarını Azərbaycandilli məktəblərə aparsınlar. Bununla rusdilli məktəblərdə təhsil alanların sayı ildən-ilə azalacaq. Və bu məktəblər getdikcə sıradan çıxacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz