Ərdoğan Baxçalı ilə qapalı görüş keçirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə Beştəpədə bir araya gəlib.

Sherg.az xəbər verir ki, görüş Beştəpədə mətbuata qapalı şəkildə keçirilib.

PKK terror təşkilatının sabah silah yerə qoyması gözlənilir.

İki liderin görüşündə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.