İsrail İranın zənginləşdirilmiş uranı dağıntılar altından çıxarmasını mümkün hesab edir
10:14 11.07.2025
Dünya
292
İsrail rəhbərliyi ehtimal edir ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra İranın nüvə obyektlərində dağıntılar altında qalan zənginləşdirilmiş uran ehtiyatları məhv edilməyib və İran hökuməti onları çıxarmağa qadirdir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yüksək rütbəli israilli məmura istinadla yayıb.
Ehtiyatların əsas hissəsinin İsfahan şəhərində yeraltı üçüncü səviyyədə yerləşdiyi bildirilir. İsrail hesab edir ki, İran bu materiallara texniki baxımdan çıxış əldə edə bilər, baxmayaraq ki, bu, çətin və resurs tutumlu bir proses olacaq.
BAEA-nın baş direktoru Rafael Qrossi daha əvvəl bildirmişdi ki, İran nüvə proqramının bəzi elementlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsinə yenidən başlaya bilər. Onun sözlərinə görə, Fordo, Natanz və İsfahan obyektlərində uranın işlənməsi və çevrilməsi üzrə müəyyən imkanlar "böyük ölçüdə dağıdılsa da", tamamilə məhv edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual