Tərtərçayda su çəkildi, balıqlar üzə çıxdı - Rəsmi qurum nə deyir?
13:21 12.07.2025
Sosial
431
Tərtərçay çayında su azalıb, balıqlar üzə çıxıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Tərtərçay çayının Bərdə rayon ərazisindən keçən hissəsində bu gün səhər saatlarında çayda suyun azalması balıqların kütləvi şəkildə susuz qalmasına səbəb olub. Bunu fürsət bilən rayon sakinləri üzə çıxan balıqları rahatlıqla tutmağa başlayıblar.
Qeyd edək ki, bu aylar balıqların kürü töküb bala qoyub nəsil artırmaq vaxtlarıdır. Çayda suyun azalmasının səbəbi nədir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Tərtərçayda təmizlik işləri aparılır:
“Bərdədə Heydər Əliyev adına Park Bulvar ərazisindən keçən Tərtərçay üzərində yaradılmış göl uzun müddət su dövriyyəsindən kənarda qaldığından ekoloji çirklənmə baş verib. Bu səbəbdən RİH-nin nəzarəti altında təmizlik və abadlıq işlərinə başlanılıb. İşlər başa çatdıqdan sonra su hövzəsi əvvəlki vəziyyətinə qaytarılacaq”, - qurumdan bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual