
COP29-la başlayan dönüş: Qafqazın lideri enerji və ekoloji gündəmi diktə edir
Yusif Nəzərli
02:10 16.07.2025
İqtisadiyyat
406
"Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və regional əməkdaşlıq sahəsindəki uğurları ölkəmizin Qafqazda lider mövqeyinə çatmasına səbəb olub".
Bunu Sherg.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat vurğulayıb ki, Azərbaycan öz geosiyasi mövqeyindən səmərəli şəkildə istifadə edərək, Asiya və Avropa arasında körpü rolunu oynayır:

"Zəngəzur dəhlizi layihəsi bu istiqamətdə atılan mühüm addımdır ki, bu da regional əlaqələndirmə mərkəzinə çevrilməyə doğru gedən prosesin göstəricisidir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun ən bariz göstəricilərindən biri ölkəmizin mütəmadi olaraq beynəlxalq səviyyəli görüşlərə ev sahibliyi etməsidir. 2024-cü ildə COP29 İqlim Zirvəsinin Bakıda keçirilməsi bunun ən yaxşı nümunəsidir. Bu, yalnız Azərbaycanın təşkilatçılıq qabiliyyətini deyil, həm də ekoloji məsələlərə yanaşmasını nümayiş etdirir. Bundan əlavə, Azərbaycan çoxsaylı regional və beynəlxalq təşkilatların sammitlərini düzənləyir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycanın enerji potensialı və neft-qaz sektorundakı uğurları onu regional enerji mərkəzinə çevirib:
"Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kimi böyük infrastruktur layihələri Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rolu göstərir. Bu, həm də İƏT çərçivəsində enerji əməkdaşlığının genişlənməsinə töhfə verir. Azərbaycan 3+3 formatında (Azərbaycan, Türkiyə, Gürcüstan + Rusiya, İran, Ermənistan) aktiv iştirak edir. Bu format Cənubi Qafqazda sabitliyin təmin edilməsində və regional əməkdaşlığın inkişafında aparıcı rol oynayır. Azərbaycanın bu formatdakı fəaliyyəti ölkəmizin regional liderlik aspriasiyalarını təsdiq edir. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan, regional əlaqələndirmə mərkəzinə çevrilmə potensialına malikdir. Zəngin neft və qaz ehtiyatları ölkəmizin enerji diplomatiyasında güclü mövqe tutmasını təmin edir".
N.Həmzəyev diqqətə çatdırıb ki, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və innovasiya sahələrində əməkdaşlığın genişlənməsi prioritet istiqamətlərdir:
"Azərbaycanın bu sahələrdə göstərdiyi irəliləyiş təşkilatın gələcək fəaliyyətində mühüm rol oynayacaq. Azərbaycanın Qafqazda liderliyi yalnız iqtisadi sahələrlə məhdudlaşmır. İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, nəqliyyat infrastrukturu və rəqəmsal transformasiya kimi sahələrdə regional liderlik ölkəmizin gələcək strategiyasının tərkib hissəsidir. COP29 kimi beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırdı. Ölkəmizi qlobal məsələlərin həllində aparıcı tərəfdaşlardan birinə çevirdi. Bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir. 3,2 milyard dollarlıq ticarət dövriyyəsi, enerji diplomatiyası sahəsindəki uğurlar və beynəlxalq təşkilatçılıq təcrübəsi Azərbaycanın Qafqazda lider mövqeyinə çatmasının əsas səbəbləridir. Azərbaycanın regional liderliyi yalnız iqtisadi sahələrlə məhdudlaşmır. Əksinə, diplomatiya, enerji, nəqliyyat və ekoloji sahələri də əhatə edən hərtərəfli strategiyanın nəticəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə