
İllik faizlərin yüksəkliyi əhalini kredit kartı istifadəsindən çəkindirir -AÇIQLAMA
08:42 25.07.2025
İqtisadiyyat
623
Əhalinin kredit kartlarına marağının azalmasının konkret səbəblərini üzə çıxarmaq üçün xüsusi sorğuların keçirilməsinə ehtiyac var
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil edib.
Mərkəzi Bankdan verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artıb, kredit kartlarının sayı isə 6.9% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artıb.
2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil edib.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, əhalinin kredit kartlarına marağının azalmasının konkret səbəblərini üzə çıxarmaq üçün xüsusi sorğuların keçirilməsinə ehtiyac var:

“Biz indiki şəraitdə ancaq ehtimal olan səbəblərdən danışa bilərik. Bu baxımdan ilk sırada kredit kartlarının illik faizlərinin Azərbaycanda nisbətən yüksək olmasını qeyd edə bilərik. Bu əhalini kredit kartı istifadəsindən çəkindirən başlıca səbə ola bilər. Digər tərəfdən sonra illər iqtisadi artım tempindəki yavaşlamalar əhalini daha çox qənaət etməyə və risqdən yayınmaya sövq edə bilər. Alternativ ödəmə mexanizmlərinin yayılması da buna təsir göstərə bilər. Məsələn bunlar arasında "indi al, hissə-hissə ödə" kimi mexanizmlər Azərbaycanda da geniş yayılıb. Bankların kredit siyasətindəki sərtləşmələri də buna səbəb ola bilər. Belə ki, Mərkəzi Bank tənzimləmələri və risqlərə qarşı tələbləri sərtləşdirdikcə, banklar da riskli müştərilərə kredit kartları verməkdən çəkinə bilərlər. Başqa texniki səbəblər də ola bilər. Ancaq düşünürəm ki, bu qeyd etdiyim səbəblər daha əhəmiyyətlidir. Ümumiyyətlə bankların istehlakı deyil, istehsalı kreditləşdirməsi daha prioritet olmalıdır. Çalışmaq lazımdır ki, kreditlər daha çox ölkə iqtisadiyyatının yerli istehsal hesabına böyüməsinə xidmət etsin. Bu, daha dayanıqlı iqtisadiyyat və daha dayanıqlı maliyyə və bank sistemi üçün əsas strateji məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya