“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırıldı
13:20 25.07.2025
Cəmiyyət
394
ADA Universitetində beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Prezidentin köməkçisi, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də, ekspertlər, qaliblər və mətbuat nümayəndələri iştirak ediblər.
Çıxış edənlər “Yüksəliş”in artıq ölkədə effektiv idarəçiliyin təşviqi və yeni nəsil idarəçilərin yetişdirilməsi baxımından strateji platformaya çevrildiyini vurğulayıblar.
Bildirilib ki, müsabiqə təkcə seçim və qiymətləndirmə mərhələlərindən ibarət olmayıb, həm də iştirakçılar üçün praktiki bilik və təcrübə imkanları yaradaraq onların fərdi və peşəkar inkişafına mühüm töhfə verib.
Tədbirin sonunda beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Qeyd edək ki, qaliblər qarşıdakı dövrdə idarəetmə sahəsində daha geniş imkanlara sahib olmaqla yanaşı, 20 000 manat məbləğində pul mükafatı, həmçinin birillik fərdi Mentorluq Proqramından faydalanmaq imkanı əldə edirlər.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlət başçısı tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya