
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir- ŞƏRH
Yusif Nəzərli
05:15 26.07.2025
Aktual
378
“Ermənilərin Qarabağa qayıdışı” məsələsinin aktuallaşdırılması ilə Trampın Cənubi Qafqaz siyasətinə təsir etməyə çalışırlar
ABŞ-də 87 konqresmen Tramp administrasiyasını ermənilərin Qarabağa qayıtmasına dəstək vermək çağırışı edib. Müraciətdə “Dağlıq Qarabağ” ifadəsinin yer alması və Konqresdə Ermənistanla dostluq qrupunun həmsədrləri tərəfindən hazırlanması məqsədin “humanitar” olmadığını aydın göstərir.
Təcrübə təsdiq edir ki, erməni lobbisinin Qarabağ üzərindən həyata keçirdiyi kampaniyaların əsas qayəsi həmişə işğala əsaslanan status-kvonun qorunması və Ermənistan maraqlarının müdafiəsi olub. İndi isə Azərbaycan-Ermənistan sülh danışıqları və Paşinyan hakimiyyətinin “yeni Ermənistan konsepsiyası” fonunda erməni diasporu - lobbisi ilə rəsmi İrəvanın mövqeyi üs-üstə düşmür. Bu kontekstdə belə bir müraciətin indi yayılması, Qarabağ məsələsinin aktuallaşdırılması, xüsusilə Əbu-Dabi görüşündən sonra təkcə Bakıya yox, İrəvan və Vaşinqtona qarşı plan kimi görünür. Ekspertlərin fikrincə, müraciətin konkret siyasi hədəfləri var.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, erməni diasporu-lobbisi Bakı-İrəvan xəttində sülh gündəliyini sıradan çıxarmağa və “sağ qalmağa” çalışır. Onun sözlərinə görə, Azərbaycanla müharibə şəraiti erməni diasporunun ideoloji dayaqlarının tərkib hissəsi olub:

"Bu prosesin praktiki icrasını bir neçə istiqamətdə həyata keçirirdilər. Məsələn, siyasi və maliyyə dəstəyi ilə Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətə sürükləyir. Ermənistana dəstək adı ilə erməni biznesmenlərdən böyük ianələr toplayır. Siyasətçiləri – konqresmenləri, senatları ələ alır, ABŞ başda olmaqla müxtəlif ölkələrin siyasi elitasına təsir edirdilər. Qarabağın işğaldan azad edilməsindən sonra Ermənistanla sülh gündəliyi erməni diasporunun ideoloji və praktiki mövcudluğunu sual altına salır. Bu kontekstdə “ermənilərin Qarabağa qayıdışı” məsələsi Bakı-İrəvan danışıqlarının atmosferini dəyişdirmək, daxili ictimai rəy üzərindən Paşinyana təzyiq etmək planının tərkib hissəsi kimi görünür".
Analitik hesab edir ki, Trampın Cənubi Qafqaz siyasətini sabotaj etmək cəhdləri var:
"Trampın siyasəti erməni lobbisi üçün xüsusilə iki kontekstdə təhlükə yaradır. Ağ Evin hazırkı administrasiyası demokratlardan fərqli olaraq, Cənubi Qafqaz siyasətini Ermənistan vektorlu qurmur, maraqlarının nəzərə alınması şərtilə Bakı-İrəvan xəttindəki ikitərəfli formata müdaxilə etmir. Bu, erməni diasporunun mövcudluğunu sual altına salacaq sülh perspektivini gücləndirir. Tramp Prezident İlham Əliyevin Xankəndidə dediyi kimi, “Vaşinqton bataqlığı”nı qurutmaq siyasətini izləyir. Bu, erməni diasporundan maliyyə alan lobbiçiləri təhlükə altına salır. Ermənilərin “Qarabağa qayıdışı” məsələsinin aktuallaşdırılması ilə Trampın Cənubi Qafqaz siyasətinə təsir etməyə çalışırlar. ABŞ administrasiyası konqresmenlərin müraciəti qarşısında siyasətinə ciddi korrektlər etməsə belə, təzyiq altına düşür və məsələyə istənilən münasibət Bakı-İrəvan xəttindəki danışıqlara mənfi təsir edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol