İrəvanın azərbaycanlı kimliyi fars mərkəzi olaraq təqdim edilə bilməz - ŞƏRH
08:57 23.08.2025
Siyasət
551
Samir Əsədli: “Göy Məscid farsların yox, Azərbaycan xalqının yadigarıdır”
İran Prezidenti Məsud Pezeşkian Ermənistanda səfərdə olarkən qədim Azərbaycanın tarixi abidəsi - Göy Məscidi də ziyarət edib. Prezident burada namaz qılıb. Qeyd edək ki, Göy Məscid 1760-cı illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa olunub və vaxtilə şəhərin ən böyük məscidi olub. Lakin XX əsrin ortalarından etibarən Ermənistan ərazisində bütün Azərbaycan izləri - məscidlər, qəbiristanlıqlar, memarlıq abidələri sistemli şəkildə dağıdılıb.
1988-ci ildən başlayaraq azərbaycanlılar Ermənistanın bütün ərazilərindən, o cümlədən İrəvandan kütləvi şəkildə qovulduqdan sonra Göy Məscid də sahibsiz qalıb. 1996-cı ildə İranın müdaxiləsi ilə bu məscid bərpa edilsə də, onun tarixi mahiyyəti təhrif olunaraq "İran məscidi" kimi təqdim edilib. Bu, həm də İran-Ermənistan əməkdaşlığının bariz nümunəsi olub. Oxşar addım vaxtilə Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhərağa məscidi ilə bağlı da atılmışdı. Həmin abidə də İran və Ermənistan birgə "bərpa"sı ilə dəyişdirilərək "İran məscidi" kimi təqdim olunmuşdu.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, ermənilər utanmadan bu abidəni "fars mədəniyyət mərkəzi" kimi təqdim edirlər. Ekspert vurğulayıb ki, ermənilərin bütün İrəvan boyu dağıtdıqları onlarca məsciddən yalnız biri salamat qalıb, o da Hüseynəli xan məscididir:
"İrəvan qəzasında 42, Eçmiədzində 33, Zəngəzurda 35 məscid var idi, hamısını yerlə yeksan etdilər. Şəhərin mərkəzindəki 8 məsciddən də yalnız biri sağ qaldı. İndi utanmazcasına salamat qalan tək məscidi də saxtalaşdırıb farsların adına yazırlar.
Əgər bu torpaqlar iddia etdiyiniz kimi "sizin" idisə, niyə dağıdırdınız? Niyə yüz illərlə İrəvanın azərbaycanlı şəhər olduğunu gizlədirsiniz? Məqsəd Göy Məscidə "fars mərkəzi" damğası vurmaq, Azərbaycan irsini oğurlamaq və tariximizi silmək cəhdidir. Amma nə etsələr, həqiqəti gizlədə bilməyəcəklər. İrəvanın məscidləri də, küçələri də, daş-divarı da Azərbaycan yadigarıdır".
S.Əsədlinin sözlərinə görə, İrəvan xanlığının yadigarı olan bu məscid Azərbaycan şəhərinin ruhudur:
"Sovet dövründən başlayaraq ermənilər məqsədli şəkildə İrəvanın türk-müsəlman kimliyini silməyə girişdilər. Məscidlər dağıdıldı, qəbiristanlıqlar viran qoyuldu, küçələrdən azərbaycanlı izi silindi. Göy Məscidin "fars mədəniyyət mərkəzi" kimi təqdim edilməsi açıq-aşkar Azərbaycan irsinin mənimsənilməsidir. İrəvan bir vaxtlar küçələri, evləri, məscidləri, qəbiristanlıqları ilə azərbaycanlı şəhəri idi. Bu gün o irsi farslaşdırıb, erməniləşdirərək dünyaya təqdim edirlər. Amma həqiqət dəyişməzdir. Göy Məscid fars icmasının deyil, Azərbaycan xalqının yadigarıdır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya