
Politoloq: Azərbaycan-Ukrayna münasibətləri sıradan diplomatik münasibətlər deyil
08:07 25.08.2025
Siyasət
557
Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.
Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrikində yer alıb.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir.
“Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - Prezident İlham Əliyev qeyd edib.
Eyni zamanda Ukrayna Prezidenti İlham Əliyevin təbriki ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini və Ukraynaya, ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirirəm.
“Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq.
Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”,- paylaşımda deyilir.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini Ukrayna Prezidenti Volodimir Zelenskinin yüksək qiymətləndirməsi sadəcə protokol jesti deyil, həm də iki dövlət arasındakı münasibətlərin dərin məzmununu göstərir:

"Zelenskinin qeyd etdiyi “suverenlik və ərazi bütövlüyünün dəstəklənməsi” ifadəsi əslində Azərbaycanla Ukraynanı birləşdirən ən mühüm strateji xətti ortaya qoyur. Hər iki dövlət öz müstəqilliyini, sərhədlərini və ərazi tamlığını qətiyyətlə qorumaq mövqeyindədir. Birinci məqam – siyasi dəstək. Azərbaycan və Ukrayna beynəlxalq platformalarda bir-birinin mövqeyini açıq şəkildə dəstəkləyir. Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb. Eyni zamanda Kiyev də Qarabağ məsələsində Azərbaycanın yanında olub. Bu qarşılıqlı prinsipiallıq münasibətləri sırf diplomatik çərçivədən çıxarıb strateji səviyyəyə gətirir. İkinci məqam – humanitar və iqtisadi əməkdaşlıq. Zelenskinin xüsusi vurğuladığı humanitar yardım Azərbaycanın regional böhranlarda neytral və balanslı mövqeyini nümayiş etdirir. Azərbaycan Ukraynaya həm ərzaq, həm tibbi yardım, həm də enerji dəstəyi göstərib. Eyni zamanda iki ölkə arasında kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində əməkdaşlıq imkanları da genişlənir".
Analitik əlavə edib ki, digər məqam iki ölkə arasında strateji tərəfdaşlıq perspektividir:
"Zelenskinin “səbirsizliklə gözləyirik” ifadəsi diplomatik ritorikadan kənarda bir mesaj daşıyır. Bu, postmüharibə dövründə Ukraynanın bərpasında Azərbaycanın şirkətlərinə və investisiya imkanlarına açıq dəvətdir. Azərbaycan da öz növbəsində Ukraynanın geosiyasi mövqeyini, Qara dəniz regionunda oynadığı rolu nəzərə alaraq, əlaqələri yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik prizmasında inkişaf etdirməkdə maraqlıdır. Nəticə etibarilə, Zelenskinin açıqlaması iki vacib məqamı təsdiqləyir: Azərbaycan-Ukrayna münasibətləri sıradan diplomatik münasibətlər deyil, qarşılıqlı dəstək və strateji hədəflərə söykənən əməkdaşlıqdır. Bu münasibətlər həm regional sabitliyə töhfə verir, həm də hər iki dövlətin müstəqil siyasət yürütmək iradəsini daha da gücləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya