
Kremlin tam işğal planı: Putin Trampa oyun oynayır
10:05 04.09.2025
Dünya
504
Putin onları ələ salaraq Moskvaya görüş üçün dəvət edir
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş ehtimalını heç vaxt istisna etmədiyini, lakin belə görüşün məqsədəuyğunluğunu şübhə altına aldığını qeyd edib.
Bu barədə TASS məlumat yayıb.
"Cənab Zelenski ilə mümkün görüşlərə gəlincə, mən bu barədə artıq danışmışam. Ümumiyyətlə, mən belə bir görüşün mümkünlüyünü heç vaxt istisna etməmişəm. Amma bu görüşlərdə hər hansı bir məna varmı?” - Putin bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskiyə Moskvada görüşməyi təklif edib.
Bununla yanaşı, Ukrayna və Rusiya liderlərinin Moskvada görüşü ilə bağlı Kremlin bugünkü təklifi real deyil və əslində müharibəni uzatmağa yönəlib.
Bu barədə Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin deyib.
“Tipik Putin hiyləsi – ondan asılı olan real bir şeyi etməmək; ondan asılı olan məsələ qətlləri dayandırmaqdır. O, qeyri-real nə isə təklif edir, məsələn, Moskvaya gəlmək”, - deyə o bildirib.
Mövzu ilə bağlı ABŞ lideri Donald Tramp da mövqeyini açıqlayıb. O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin hələ sülh sazişi bağlamağa hazır olmadıqlarını söyləyib.
Eyni zamanda Tramp ABŞ-ın Rusiyaya qarşı addım atmadığını xatırladan polşalı jurnalistin sualına emosional reaksiya verib.
Polşalı jurnalist ona Rusiyaya qarşı heç bir addım atmadığını bildirəndə, ABŞ Prezidenti Hindistana qarşı ikinci dərəcəli sanksiyaları misal göstərib:
"Siz haradan bilirsiniz ki, heç bir tədbir olmayıb? Çindən kənarda ən böyük alıcı olan Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi sizin üçün heç bir əhəmiyyət kəsb etmir? Onlar demək olar ki, bərabərdir.
Deyə bilərsinizmi ki, Rusiyaya yüz milyardlarla dollara başa gələn heç bir hərəkət olmayıb? Siz bunu hərəkətsizlik adlandırırsınız? Mən 2-ci və 3-cü mərhələni də başa vurmamışam, amma heç bir tədbir olmadığını deyəndə, düşünürəm ki, özünüzə yeni iş tapmalısınız", - o deyib.
Politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq 3 il 7 aydır davam edir və son aylarda daha da şiddətlənib:

"Bir gün ərzində Rusiya Ukraynaya 526 dron və raket hücumu edib. Bu, beynəlxalq güclər arasında ciddi narazılıq yaradıb. Artıq Tramp da anlayır ki, Putin müharibəni uzatmaq niyyətindədir və atəşkəsə getmək istəmir. Ağ Evin sahibi Rusiyaya qarşı sanksiyaları gücləndirmək arzusundadır. Buna görə də Tramp administrasiyası Avropa İttifaqından Rusiyadan qaz və neft alışını dayandırmağı tələb edib. Eyni zamanda, Rusiyadan ucuz neft alan Hindistana 50%-lik vergi tətbiq olunub ki, bu da Moskvanın iqtisadi zəiflədilməsi üçün təzyiq vasitəsidir. Putin Trampı uzun müddətdir aldadaraq oyun oynayır. Bundan əvvəl avqustun 8-də ABŞ Prezidentinin Rusiyaya verdiyi vaxt bitsə də, Putin nə Zelenski ilə görüşdü, nə də müharibəni dayandırdı. Avqustun 15-də Rusiya və ABŞ liderləri arasında Alyaskada baş tutan danışıqlar da nəticəsiz qaldı. Putin onları ələ salaraq Moskvaya görüş üçün dəvət edir. Kremlin rəhbəri özü Kiyevə gedərmi?! Bu da göstərir ki, Rusiya hələ də ilk tələblərini – rus dilinin dövlət dili elan olunması, şovinistlərin, millətçilərin vəzifədən uzaqlaşdırılması, Ukraynanın NATO-ya üzv olmaması və əslində tam işğalı irəli sürür".
Analitik əlavə edib ki, ABŞ Konqresi və Senatında həm Demokratlar, həm də Respublikaçılar Rusiyaya qarşı sərt tədbirlərin görülməsi barədə ortaq mövqedədirlər:
"Artıq ciddi sanksiyalar və Ukraynaya uzaqmənzilli raketlərin verilməsi gündəmdədir. Qərb ölkələri ABŞ-dən 2 milyard dollarlıq silah aldılar və bu, davam etdirilir. Nəticə etibarilə Ukrayna ordusunun güclənməsinə və ərazilərini azad etməsinə şərait yarada bilər. Avropada əvvəlcə Fransa və Böyük Britaniyanın hərbi qüvvə göndərməsi müzakirə olunsa da, sonradan bundan imtina edilib. Lakin Qərb dövlətləri Ukraynaya dəstəyi davam etdirir. Almaniyanın kansleri də Putini hərbi cinayətkar adlandıraraq mübarizəni gücləndirməyin vacibliyini vurğulayıb. Beləliklə, ABŞ və Avropa ölkələri Rusiyanın təcavüzkar siyasətini dayandırmağa çalışacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya