
Zəngəzur dəhlizinin açılması labüddür -ABŞ prosesə gecikməməlidir -RƏY
13:40 04.09.2025
Aktual
837
Çünki prosesin gecikməsi ABŞ-nin əleyhinə ola bilər
Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar region dövlətləri və beynəlxalq aktorlar arasında əməkdaşlıq və rəqabəti eyni vaxtda gündəmə gətirir. Bu çərçivədə Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşması təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edir. Artıq ABŞ bu prosesə birbaşa maraq göstərməyə başlayıb.
“Joqovurd” qəzetinin yaydığı məlumata görə, gələn həftə ABŞ-dən müxtəlif dairələrin nümayəndələri Ermənistana səfər edəcəklər. Ermənistan hökumətindən verilən məlumata əsasən, səfərin əsas gündəliyini “Tramp dəhlizi” kimi tanınan, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyi nəzərdə tutan 42 kilometrlik layihə təşkil edir. Bildirilir ki, amerikalılar dəhlizin texniki və siyasi təfərrüatları ilə yanaşı, investisiyaların həcmi, prioritet istiqamətlər və tikinti işlərinə başlanma tarixləri barədə də müzakirələr aparacaqlar.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı atdığı yeni addımlardan söz açıb:

"8 avqustda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin birgə bəyanatı oldu. Zəngəzur dəhlizinin-Tramp yolunun açılması razılaşdırıldı. Gözlənilirdi ki, sentyabrdan işlərə başlanılsın.
ABŞ bu prosesə gecikməməlidir. Çünki prosesin gecikməsi ABŞ-nin əleyhinə ola bilər. Rusiya və İran ciddi şəkildə proseslərə mane olması ehtimaldan kənar deyil. Ona görə də Vaşinqton artıq Zəngəzur dəhlizində dəmir yolu və avtomobil yolunun çəkilməsi istiqamətində Ermənistanla danışıqlar aparır".
Politoloq Azərbaycanın da Zəngəzur dəhlizi ilə bağlı işlərin tezliklə aparılmasını istədiyini bildirib:
"Bu işləri Azərbaycan deyil, Ermənistanla ABŞ birgə həyata keçirəcək. Bu ildən prosesə başlasalar, 1 il ərzində dəmir yolu xətti çəkilə, 2-2,5 ilə qədər də avtomobil yolunun çəkilməsi reallaşa bilər. Hər halda, ABŞ prosesi cəld həyata keçirməlidir. Çünki geosiyasi vəziyyət sürətlə dəyişir. Zəngəzur dəhlizinin açılması labüddür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm