
Sosioloq: Səbəbi nə olursa-olsun, zorakılıq əxlaqın faciəsidir
09:59 05.09.2025
Sosial
471
İnsan özünü güclü, qarşısındakı şəxsi isə zəif gördükdə ona qarşı fiziki güc tətbiq etməyə cəsarət tapır
Zorakılıq cəmiyyətin ən ağrılı və narahatedici problemlərindən biridir. İnsanlararası münasibətlərin pozulması, gücün dialoqun yerinə keçməsi, həm fərdi, həm də ictimai səviyyədə dərin fəsadlara yol açır. Zorakılıq təkcə fiziki travmalarla məhdudlaşmır, o, insanın psixoloji bütövlüyünü də zədələyir. Bu problemin müxtəlif formaları olsa da, statistikalar göstərir ki, ən çox rast gəlinən hallarda zorakılığın qurbanı qadınlar, tətbiq edən isə kişilər olur.
2025-ci ilin ilk 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub. Bu müraciətlərin içərisində 35 halda zorakılığı törədən qadınlar, zorakılığa məruz qalanlar isə kişilər olub. Bu fakt bir daha göstərir ki, zorakılıq yalnız bir cinsin problemi deyil, istənilən şəxs zorakılığın həm qurbanı, həm də səbəbkarı ola bilər.
Odur ki, zorakılığın qarşısını almaq üçün cinsindən asılı olmayaraq hər bir fərdin hüquqları qorunmalı, zorakılığın istənilən forması ilə mübarizə aparılmalıdır. Bu mübarizə isə təkcə hüquqi çərçivədə deyil, eyni zamanda cəmiyyətdə əxlaq, anlayış və qarşılıqlı hörmətin gücləndirilməsi yolu ilə həyata keçirilməlidir.
Məsələ ilə bağlıSherg.az-a danışan sosioloq Mail Yaqub zorakılığı əxlaqın faciəsi adlandırıb:

"Statistikaya əsasən, təxminən 95% hallarda fiziki zorakılıq törədənlər kişilərdir və bu zorakılığa məruz qalanlar qadınlardır. Lakin bu faktın əksi də mövcuddur, bəzən qadınlar da kişilərə qarşı zorakılıq tətbiq edə bilirlər.
Zorakılığın arxasında əsaslı psixoloji səbəblər dayanır. İnsan özünü güclü, qarşısındakı şəxsi isə zəif gördükdə ona qarşı fiziki güc tətbiq etməyə cəsarət tapır. Əgər əmin olsa ki, qarşısındakı insan ondan daha güclüdür və onu əzə bilər, o zaman zorakılığa əl atmağa cəsarət etməz. Bəzən qadın özünü kişidən güclü hiss edir, yaxud kişi qadını o qədər cana-boğaza yığır ki, qadın da dözməyərək güc tətbiq edir. Lakin səbəbi nə olursa-olsun, zorakılıq əxlaqın faciəsidir. Əgər bir insanın həyatında əxlaq, məntiq və ağıl varsa, o heç vaxt güc tətbiq etməz. Bu, heyvani xislətdir, insana yaraşmır. Biz meşədə deyil, cəmiyyət içində yaşayırıq. Buna görə də hər birimiz təmkinli və anlayışlı davranmağı bacarmalıyıq. Ən gərgin anlarda belə nə təhqirə, nə də fiziki zorakılığa əl atmaq düzgün deyil".
Sosioloq zorakılığın qarşısını almaq üçün əxlaq, təmkin və ağıl kimi dəyərlərin cəmiyyətə aşılamağın vacib olduğunu vurğulayıb:
"Bu gün bu kimi mövzular radioda və televiziyada təbliğ edilsə də, bu təbliğat kifayət qədər geniş və təsirli deyil. Bu sahədə ciddi işlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm