Ədalət Əliyev: Təyyarəyə dəyən ziyanla bağlı məsuliyyət bilavasitə Rusiyanın üzərinə düşür
13:09 05.09.2025
Aktual
904
2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını və xəsarət alanlarla həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edildiyini iddia edib. Lakin Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev bu iddiaları təkzib edib. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, Rusiya yalnız sığorta məbləğini ödəyib, kompensasiya ödənişləri hələ qalmaqdadır. Hadisədə Rusiyanın məsuliyyəti beynəlxalq hüquq və aviasiya qaydaları çərçivəsində dəqiq müəyyən olunub və bu öhdəlikləri yerinə yetirməsi zəruridir.
“Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Sherg.az-a təyyarəyə dəyən ziyanla bağlı məsuliyyətin bilavasitə Rusiyanın üzərinə düşdüyünü söyləyib:
"Rusiya bu ziyana görə bütün xərcləri-təyyarənin dəyərini, zərərçəkmiş və həlak olmuş sərnişinlərlə bağlı bütün maddi kompensasiyaları tam şəkildə öz üzərinə götürməli və ödəməlidir. Bu, beynəlxalq təcrübədə qəbul olunmuş normalara uyğundur. Əgər Rusiya bu öhdəlikləri yerinə yetirməzsə, bu, onun beynəlxalq mülki aviasiya təşkilatlarının qaydalarını, BMT-nin müvafiq sənədlərini və hava nəqliyyatı sahəsində imzalanmış dövlətlərarası müqavilələri pozması deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol