Əfsanəvi canlı yenidən həyata qaytarılır
12:12 18.09.2025
Maraqlı
473
ABŞ-nin “Colossal Biosciences” Şirkəti XVII əsrdə nəsli kəsilmiş dodo quşunu yeddi il ərzində yenidən canlandırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Şirkət laboratoriyada dodonun uzaq qohumu olan göyərçin növlərindən ilkin qamet hüceyrələrini yetişdirməyə müvəffəq olduğunu açıqlayıb.
Dodonu yenidən həyata qaytarmaq üçün 120 milyon dollar toplanılıb və onun ümumi büdcəni 555 milyon dollara çatdırıb. Layihə şirkətə 10,3 milyard dollar dəyər qazandırıb. Vəsaitin bir hissəsi Texasda quşlar üzrə tədqiqat mərkəzinin tikintisinə sərf olunacaq.
Şirkət bundan əvvəl nəsli kəsilmiş qurd növlərindən birini yenidən həyata qaytarıb. Bunun üçün həmin qurdların daşlaşmış qalıqlarından nümunələr götürülüb, həmçinin müasir bozqurdların genlərindən istifadə edilib. Nəticə müasir qurdlardan 20-25 faiz böyük canlının ortaya çıxması olub. Ancaq bu layihə mübahisə yaradıb, opponentləri nəticələrlə razılaşmayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya