
Ukrayna müharibəsi tezliklə sonlanır? - RƏY
Yusif Nəzərli
06:12 01.10.2025
Gündəm
599
Tramp "sülh göyərçini" elan edilir, Nobel mükafatı alır
“Siyasətdə mümkünsüz heç nə yoxdur. Hər şey ola bilər"
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində irəliləyir. "DeepState" məlumat yayıb ki, Rusiya qoşunları Donetskin Poltavka kəndini işğal edib. Ruslar bu kəndin ətrafında - Zaporojye vilayətinin Novoivanivka və Luqansk vilayətinin Serebryansk meşə təsərrüfatında da irəliləyiblər. Nəşr əlavə edib ki, Rusiya ordusu bütün Siversk aqlomerasiyasını və şəhərin özünü işğal etmək məqsədilə Serebryankadan Viyimkaya qədər olan əraziyə təzyiqləri davam etdirir:
"Düşmən Ukraynanın mövqelərinə soxulmağa nail olur ki, bu da bütün müdafiə sahəsini əhatə edəcək kadr çatışmazlığı problemi ilə bağlıdır. Amma ruslar onların piyadalarını ovlayan Ukrayna PUA-ları sayəsində bölgədə möhkəmlənmək və daha da irəliləmək üçün qüvvə toplamaq iqtidarında deyil".
Böyük Britaniya müdafiə naziri Con Hili Rusiya Prezidenti Vladimir Putinə Ukraynada müharibəni dayandırmaq üçün birbaşa müraciət edib. O, Ukraynanın təhlükəsizliyinin birbaşa Böyük Britaniyanın təhlükəsizliyi ilə bağlı olduğunu bildirib: "Moskvaya mesajımız aydındır: Prezident Putin, siz qalib gəlməyəcəksiniz. Sülhlə razılaşmağın vaxtıdır". Britaniya müdafiə naziri əmin edib ki, London müharibə bitənə qədər Kiyevə hərbi-siyasi dəstəyini davam etdirəcək.
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, Rusiyanın dörd ilə yaxın bir müddətdə Ukraynada əsaslı qələbə qazanmasının mümkün olmaması, əslində, onun potensialının bundan artığına çatmadığını göstərir. Ekspertin fikrincə, Rusiya bu addımı özünə güvəndiyi üçün atmışdı ki, bir neçə günə Ukraynanı işğal edəcək:

"Rusiya zənn edirdi ki, Krımın işğalında olduğu kimi məsələni bağlayacaq və dünya birliyi də artıq hər şeyin gec olduğunu qəbul edib sakit duracaq. Lakin belə olmadı. Rusiya hesablarında yanıldı. Trampın dediyi kimi "kağızdan aslan" gününə düşdü. İndi bu durumda Rusiyanın NATO ilə savaşa girməsinə intihardan və ağılsızlıqdan başqa ad vermək olmaz. Bəs Rusiya bu qədərmi hesabsız-kitabsız ölkədir ki, belə məqamda NATO ilə savaş planlasın? Fikrimcə, yox. Rusiya artıq öz gücünün fərqindədir. İstəyi ancaq müharibəni nisbətən məqbul şərtlərlə sonlandırmaqdır. Amma iş içindən çıxılmaz hal alıb".
Analitikə görə, müharibənin arealının bir halda genişlənmə ehtimalı var:
"Bu da odur ki, ABŞ Avropaya Rusiyanın əli ilə təzyiq etsin. Çünki müharibənin uzanmasının əsas səbəbkarı Avropadır. Ukraynanı silahla təchiz edən və Zelenskiyə arxa duran Avropa və onun liderləridir. Avropa ilə qısamüddətli müharibə hər şeyə son verə bilər. Müharibə başlayır, Tramp araya girib müharibəni dayandırır. Rusiya da NATO ilə sülh bağlayır. Ukrayna müharibəsi sonlanır. Tramp "sülh göyərçini" elan edilir, Nobel mükafatı alır. Hesab edirəm, siyasətdə mümkünsüz heç nə yoxdur. Hər şey ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm