Türkiyənin İsraillə əlaqələrin bərpası üçün şərti açıqlandı - Azərbaycanın da adı çəkildi
11:10 04.11.2025
Region
431
Türkiyə hazırkı İsrail hökuməti - Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi kabinetlə heç bir əlaqə qurmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadla məlumat verib.
Nəşr qeyd edib ki, İsraildə yeni hökumət formalaşacağı təqdirdə, Türkiyə rəhbərliyi üçün əsas meyarlar həmin hökumətin ideoloji yönümü və apardığı siyasət olacaq.
“Hürriyet” bu mövqeyi ABŞ-nin Ankaradakı səfiri və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakın son açıqlamalarına cavab kimi təqdim edib. Barak söyləmişdi ki, Türkiyə və İsrail bir-biri ilə vuruşmayacaq və iki ölkə arasında Xəzər dənizindən Aralıq dənizinədək uzanan bölgədə əməkdaşlıq mümkündür.
Qəzetin yazdığına görə, amerikalı rəsmilər Barakın sözlərinin sadəcə faktın təsdiqi deyil, Vaşinqtonun məqsədli siyasətinin ifadəsi olduğunu düşünürlər. Onların fikrincə, ABŞ Türkiyə və İsrail arasında silahlı toqquşmanın qarşısını almağa və Ankaranın gələcəkdə İsraildə formalaşacaq hökumətlə təmaslarını bərpa etməsinə çalışır.
Qəzetin şərhçisi Hande Fırat deyib: “Barakın Xəzərdən Aralıq dənizinədək uzanan regionda əməkdaşlıqdan danışması təsadüfi deyil. Bu coğrafi xətt Azərbaycan, Türkiyə və İsrail arasında enerji və ticarət dəhlizinin yaradılmasına işarə edə bilər”.
Xatırladaq ki, 2024-cü ilin may ayından etibarən Türkiyə İsraillə bütün ticarət münasibətlərini dayandırıb. İsrail bayrağı altında üzən və ya İsrailə məxsus (habelə onunla əlaqəli) olan gəmilərin Türkiyə limanlarına daxil olmasına qadağa qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya