
35 il öncə buradan başlamışdı: Rus mediası Yevlax görüşünü izləyir - FOTO
09:47 21.09.2023
Gündəm
624
Yevlaxda Qarabağın erməni nümayəndə heyəti ilə Azərbaycan rəsmiləri arasında danışıqlar başlayıb. Prosesə rus mediası böyük maraq göstərir.
Sherg.az Rusiyanın TASS xəbər agentliyinə istinadən xəbər verir ki, masada Azərbaycan və Qarabağın Ermənistan nümayəndə heyətləri ilə yanaşı, Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri də yer alıb.

Azərbaycanın bir gün əvvəl başlatdığı lokal antiterror əməliyyatı sürətli nəticə verdi və dünən Qarabağdakı erməni separatçıları silahı yerə qoyub, özlərini ləğv etmək qərarına gəliblər.
Azərbaycan dövləti Qarabağdan gələn nümayəndə heyəti ilə görüşəcəyini bəyan etmişdi.
Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti yaxından maraqlandıran görüşü Azərbaycan və Türkiyə mətbuatı ilə yanaşı, bir çox xarici jurnalistlər də izləyir.
İclasın əsas gündəliyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasıdır.
Danışıqlar üçün Azərbaycanın Yevlax şəhərinin seçilməsi də diqqət çəkib. Çünki ilk olaraq Ermənistan 1988-ci ildə blokadaya buradan başlamış və işğal üçün zəmin hazırlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual