907-ci düzəliş dayandırıldı:“ABŞ-a problemlər yaradırdı”
Fidan Həmişəyeva
11:38 29.04.2021
Gündəm
1248
Dünən ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. E.Blinken Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib. Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.
E.Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.
Məlum telefon danışığını “Sherg.az”a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, 907-ci düzəlişlə əlaqədar yeni söz demək çətindir:
“Çünki hər kəs bilir ki, bu, 1992-ci ildə tamamilə erməni diasporunun təzyiqi nəticəsində qəbul olunan bir düzəliş idi. Ona görə də düzəliş demək olar ki işləmirdi. Səbəb isə Azərbaycanın buna qarşı çıxması deyildi. Əslində 907-ci düzəliş ABŞ-ın fəal siyasətini aparmaq üçün bir növ problemlər yaradırdı. Bu düzəliş Amerikanın iqtisadi fəallığını da məhdudlaşdırdı”.
T.Zülfüqarov 907-ci düzəlişin müvəqqəti dayandırılmasının müsbət hal olduğunu vurğulayıb:
“Amma bir məqamı qeyd etmək lazımdır. Telefon danışığı zamanı başqa məsələlərə də toxunuldu. Ölkə başçısı danışıq zamanı Türkiyəni dəstəkləyən mövqeyini ortaya qoydu, Baydenin “soyqırım” bəyanatının qəbuledilməz olduğunu diqqətə çatdırdı. Əslində Baydenin bu bəyanatı səsləndirməsi onu göstərir ki, burada əsas məqsəd Türkiyəyə təzyiqlər yox, ilk növbədə erməni auditoriyası üçün ünvanlanıb.
Çünki bir neçə müddətdən sonra Ermənistanda vacib seçkilər keçiriləcək. Əsas sual isə ondan ibarətdir ki, rəsmi İrəvan gələcəkdə hansı siyasəti həyata keçirəcək? Köhnə ruspərəst siyasətini, yoxsa qərbyönümlü siyasət?
Baydenin “soyqırım” bəyanatında əsas məqsədi Qarabağda məğlubiyyətdən sonra zəifləmiş Ermənistan qüvvələrinə dəstək verməklə ruspərəst qüvvələrlə rəqabət aparmaq idi. Amma amerikalı və azərbaycanlı rəsmilər səsləndiriblər ki, bu bəyanatın hüquqi və siyasi nəticələri ola bilməz. Fikrimcə, bəyanat sadəcə olaraq tarixi təhrif etmək cəhdi idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə