İran xarici işlər naziri Abbas Əraqçi Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
“İranın regional ölkələrdəki ABŞ hərbi bazalarına qarşı atdığı addımlar özünümüdafiə çərçivəsindədir”, - Əraqçi Fidana deyib.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hava hücumu başlayandan bəri Türkiyə ərazisi üç dəfə qonşu ölkənin ballistik raket hücumuna məruz qalıb. Rəsmi Ankara baş verənlərə görə İrana xəbərdarlıq edərək, Tehran hücumların məsuliyyətini üzərinə götürməyib.