ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR

  • FTB onun tutulmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat vəd edib

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş əməkdaşı və əks-kəşfiyyat zabiti Monika Vitt 2013-cü ildə İrana sığınaraq Vaşinqton üçün ən böyük təhlükəsizlik qalmaqallarından birinin mərkəzinə çevrilib.

Sherg.az xəbər verir ki, ABŞ tərəfinin iddiasına görə, Vitt İranın xeyrinə casusluq edərək məxfi məlumatları ötürüb, amerikalı kəşfiyyat əməkdaşları barədə məlumatlar təqdim edib və İranın əks-kəşfiyyat əməliyyatlarına yardım göstərib.

2019-cu ildə ona qarşı casusluq ittihamları irəli sürülüb və Federal Təhqiqat Bürosu (FTB) onu ən çox axtarılan şəxslər siyahısına daxil edib.

Hazırda Vittin harada olduğu və sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur. FTB onun tutulmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat vəd edib.