ABŞ Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei İsrailin hava zərbələrindən birində ağır yaralanıb.
Sherg.az xəbər verir ki, onun sözlərinə görə, hazırda İran rəhbərliyində qərarları kimin verdiyi dəqiq bilinmir.
Lakin İran tərəfi bu iddiaları təkzib edir. Xarici işlər naziri Abbas Araqçi Xameneinin vəziyyətinin yaxşı olduğunu, yalnız yüngül xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana zərbələr endirir, Tehran isə cavab hücumları həyata keçirir.