ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İran açıq şəkildə təcavüzkar tərəfdir və ABŞ-nin məqsədi dəniz daşımalarını qorumaqdır.
Sherg.az-ın məlumatına görə, nazir qeyd edib ki, ABŞ-nin Hörmüz boğazında ticarət gəmilərini qorumağa yönəlmiş əməliyyatı müvəqqətidir və Vaşinqton hər hansı münaqişə axtarmır.
Onun sözlərinə görə, “Azadlıq Layihəsi” adlı bu əməliyyat müdafiə xarakterlidir, konkret məqsədə yönəlib və müvəqqəti xarakter daşıyır. Əsas vəzifəsi isə günahsız ticarət gəmilərini İranın təhdidlərindən qorumaqdır. ABŞ qüvvələrinin İranın hava məkanına və ya ərazi sularına daxil olmasına ehtiyac yoxdur.
Heqset əlavə edib:
“Biz münaqişə axtarmırıq. İran açıq şəkildə təcavüzkar tərəfdir.”
Nazir bildirib ki, hazırda Hörmüz boğazından keçmək üçün yüzlərlə gəmi növbədə gözləyir. Onun sözlərinə görə, əgər İran ticarət gəmisinə hücum etsə, ciddi hərbi cavabla qarşılaşacaq.
ABŞ-nin müdafiə naziri vurğulayıb ki, Vaşinqton yaxın zamanda bu məsuliyyətin digər ölkələr tərəfindən də bölüşdürülməsini gözləyir və beynəlxalq ictimaiyyət daha aktiv rol oynamalıdır.