ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadasını tamamilə aradan qaldırıb.
Sherg.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri və ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf məlumat verib.
Onun sözlərinə görə, hazırda İranın ticarət gəmiləri və neft tankerləri maneəsiz hərəkət edir, Oman körfəzindən keçid zamanı heç bir məhdudiyyət yoxdur. Qalibaf bildirib ki, blokadanın ləğvindən sonra İran 40 milyondan çox barel neft ixrac edib.
Qeyd edək ki, iyunun 18-də İran və ABŞ arasında imzalanan memorandumda hərbi qarşıdurmanın dayandırılması, ABŞ-ın dəniz blokadasını ləğv etməsi, İranın isə Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi nəzərdə tutulub. Sənədə əsasən, tərəflər İranın nüvə proqramı ilə bağlı ayrıca saziş üzrə 60 gün ərzində danışıqlar aparacaqlar.