ABŞ region ölkələrinin liderləri ilə görüşüb İrana qarşı yeni hücum planı hazırlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında bildirilirb.
"Alınan məlumatlara əsasən, ABŞ bəzi region ölkələrinin yaşıl işığı ilə Avropa ölkələrinin birində keçiriləcək birgə iclasda İrana qarşı hərəkətləri yenidən başlamaq qərarına gəlib. Xəbərdarlıq edirik ki, əgər ABŞ İrana qarşı hər hansı bir səhvə yol verərsə, həmin ölkənin regiondakı bütün yerləşmə mərkəzləri hücumların hədəfi olacaq", - bəyanatda bildirilib.