ABŞ İranın iki neft tankerinə zərbələr endirdiyini təsdiqləyib - YENİLƏNİB

ABŞ hərbi qüvvələri Oman körfəzində İran limanına daxil olmağa cəhd edən iki gəmini sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

“Hər iki gəmi ABŞ-ın davam edən blokadasını pozaraq Oman körfəzində İran limanına daxil olmağa cəhd edirdi”, - məlumatda deyilir.

***

17:37

ABŞ hərbi qüvvələri İrana qarşı tətbiq olunan blokadanı yarmağa cəhd edən bir neçə boş tankerə hava zərbələri endirib.

Bu barədə “Fox News” ABŞ-ın yüksək rütbəli rəsmisinə istinad məlumat yayıb.

“Bunlar çox iri xam neft daşıyıcıları idi. Nəhəng, boş gəmilər İrana qayıtmağa çalışırdı, blokadanı yarmağa cəhd edirdilər”, - o bildirib.