ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil

“İran hazırda liderinin kim olduğunu müəyyənləşdirməkdə çox çətinlik çəkir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İran hazırda liderinin kim olduğunu müəyyənləşdirməkdə çox çətinlik çəkir. Kim olduğunu bilmirlər. Daxili çəkişmələr “sərt xətt tərəfdarları” ilə “mülayimlər” arasında gedir. Birincilər döyüş meydanında ağır məğlubiyyətlərə uğrayır, ikincilər isə heç də o qədər mülayim olmasalar da nüfuz qazanırlar. Halları tam dəlilikdir.

Biz Hörmüz boğazı üzərində tam nəzarətə malikik. ABŞ Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan heç bir gəmi daxil ola və ya çıxa bilməz. Boğaz İran razılaşana qədər tam bağlanıb”, - o bildirib.