
ABŞ, Rusiya və Fransanın marağı: “Azərbaycanı masada geriyə çəksinlər və...”
Yusif Nəzərli
11:48 17.11.2022
Gündəm
395
Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini vurğulayıb.
O ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha qeyd edib.
Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.
Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu deyib.Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.
Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Blinkenin Paşinyanla danışdıqdan sonra İlham Əliyevə zəng etməsinin çox önəmli olduğunu deyən Ağ Partiyanın sədr müavini politoloq Əhəd Məmmədli “Sherg.az”a deyib ki, ABŞ Fransadan fərqli olaraq hər iki tərəflə münasibət qurmağa və bu məsələdə söz sahibi olmağa çalışır:
“Həmçinin burada dövlətlər arasında “Azərbaycanla Ermənistanı kim sülhə gətirəcək?!” rəqabəti də gedir. Təbii burada hər bir dövlətin öz maraqları var. Təəsüf ki, bu məsələdə ABŞ, Rusiya və Fransanın maraqları Ermənistanla üst-üstə düşür.
Onlar maksimum çalışırlar ki, masada Azərbaycanı geriyə çəksinlər və Qarabağ erməniləri üçün üstünlüklər əldə etsinlər. Lakin biz bu məsələdə konkret mövqe ortaya qoymalıyıq.
Prezident ilham Əliyev bugünkü çıxışında da söylədi:"Qarabağ erməniləri mövzusunda Azərbaycan əvvəlki mövqeyində qalır və heç bir Vardanyanlarla hansısa danışıqlar ola bilməz". Rəsmi Bakı bu mövqeyinə davam etdirməlidir.
Çünki Rusiya və Amerika kimi güclər, Azərbaycanın hərbi meydandakı uğurlarını kölgəyə salaraq, onun masa ətrafında geri çəkilməsinə nail olmaq istəyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya