
Alman mediası yazdı, Türkiyənin istədiyi oldu
11:04 14.04.2025
Gündəm
406
Tramp ilə Ərdoğan arasında F-35 danışıqları bölgədə balansı dəyişə bilər
Almaniyanın nüfuzlu gündəlik qəzeti olan “Frankfurter Rundschau”, "Tramp Ərdoğana F-35-ləri sata bilər, İsrail buna qarşıdır" başlıqlı xəbərində, ABŞ-ın keçmiş və indiki prezidentli Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığının bölgədə hərbi-siyasi tarazlıqları dəyişə biləcəyini qeyd edib.
2019-cu ildə Rusiya istehsalı olan S-400 hava müdafiə sistemlərini aldığı üçün Türkiyə F-35 proqramından çıxarılmışdı. Bu, Trampın birinci prezidentliyi dövründə baş vermişdi. Frankfurter Rundschau, Trampın ikinci prezidentlik dövründə Türkiyənin yenidən F-35 proqramına daxil edilməsinin müzakirə edildiyini yazıb və bu vəziyyətin İsraildə narahatlıq yaratdığını vurğulayıb.
“Fox News”un məlumatına əsasən, Tramp administrasiyası Türkiyəyə F-35-lərin verilməsi və proqramın bərpası üçün hüquqi və texniki yolları araşdırmaq üçün komandasına göstəriş verib.
Trampın mövqeyindəki bu dəyişiklik, Ərdoğanla telefon danışığından dərhal sonra ortaya çıxıb. Biden dövründə də bənzər müzakirələr olsa da, Türkiyənin proqrama qayıtması çox ehtimal daxilində görünmürdü.

“Frankfurter Rundschau” yazır: “Ankara Trampı necə inandıracağını yaxşı bilir.” Türkiyə Xarici İşlər naziri Hakan Fidan, F-35-lərlə birlikdə 20 milyard dollar dəyərində ehtiyat hissələri və əlavə hərbi texnika almaq istədiklərini bildirib.
Xəbərdə, Türkiyənin F-35-lərlə təchiz olunmasının İsrail üçün təhlükə yaratdığı vurğulanır. Suriya cəbhəsində Türkiyə ilə İsrail arasında qarşıdurma ehtimalının artdığı qeyd edilir. İsrail, bölgədəki hərbi-texnoloji üstünlüyünü qorumaq istəyir.
“Middle East Eye”ın məlumatına görə, İsrail Baş naziri Netanyahu, bu məsələni ABŞ Dövlət katibi Marco Rubio ilə bir neçə dəfə müzakirə edib. Amma Türkiyə tərəfi bu təzyiqlərin nəticə verməyəcəyini düşünür.
Eyni zamanda, Yunanıstan da bu inkişafdan narahatdır. 20 ədəd F-35 almağı planlaşdıran Yunanıstan, bu təyyarələrin Egey dənizində üstünlük təmin edəcəyinə inanırdı. İndi isə bu üstünlük təhlükəyə girə bilər. İsrail və Cənubi Kiprlə birlikdə Yunanıstan da Türkiyəyə qarşı çıxmaq üçün səylərini birləşdirib.
Türkiyənin F-35 proqramına yenidən daxil olması ehtimalı, bölgədə balansları dəyişdirəcək gücdədir. Bu inkişaf həm İsrail, həm də Yunanıstan üçün ciddi strateji narahatlıq yaradacaq, Ankara və Vaşinqton arasında yeni bir yaxınlaşma dövrünün başlanğıcı ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə