Almaniya Kansleri Fridrix Merts İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirdiyi son dron və raket hücumlarını tənqid edib.
AZƏRTAC xəbər verir ki, Kansler X hesabında bu hücumları kəskin şəkildə pisləyərək Birləşmiş Ərəb Əmirlikləri və regiondakı tərəfdaşlarla həmrəylik ifadə edib.
“Tehran danışıqlar masasına qayıtmalı, regionu və dünyanı girov saxlamaqdan əl çəkməlidir: Hörmüz boğazının blokadasına son qoyulmalıdır. Tehran nüvə silahı əldə etməməlidir. Tərəfdaşlarımıza qarşı yeni təhdidlər və hücumlar olmamalıdır”, - deyə Fridrix Merts qeyd edib.