Anasından işgəncə görən azyaşlı: “Bədənimə şiş basandan sonra üç gecə yata bilmədim”
14:54 12.02.2020
Gündəm
597
Tərtərdə anası tərəfindən qızdırılmış şişlə dağ basıldığı deyilən azyaşlı Baku TV-yə danışıb. Doqquz yaşlı T.D.-nin anası, Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduğunu və uşağın atasının aliment ödəməməsi üçün ona şər atdığını deyib.
Azyaşlı isə açıqlamasında anası ilə yanaşı, həm də nənə və dayısının da onu döydüyünü söyləyib:
“Ondan (anasından) kotlet istədim, mənə dedi ki, həyətdən peyin daşıyım, bişirəcək. Biz dalaşdıq və o da dayımla mənə şiş basdı. Üç gecə yata bilmədim, maz da vurmadı. Sonra atama zəng vurdum ki, gəlib məni aparsın.Ağacla, dəmirlə məni döyürdülər, başıma vururdular. Hər üçü (anası, nənəsi, dayısı) məni döyüb”.
Xatırladaq ki, 2011-ci il təvəllüdlü T.D.-nin atası polisə müraciət edərək oğlunun bud, çanaq, qol və əl nahiyələrinin qzdırılmış şişlə dağlandığını bildirib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya