Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq
09:05 24.02.2020
Gündəm
552
Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq. Bu barədə “AirlineHaber”in yaydığı məlumatda deyilir.
Bildirilir ki, “Türk Hava Yolları” şirkətinin törəməsi olan “AnadoluJet” martın 29-dan etibarən İstanbulun “Sabiha Gökçen” və Ankaranın “Esenboğa” hava limanlarından xaricə bir dollardan başlayan səyahət imkanı verir.
“Almaniya, Avstriya, Azərbaycan, BƏƏ, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Niderland, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistanını uçuş marşrutuna əlavə edən brend ümumilikdə 21 ölkəyə səfər təşkil edəcək”, - deyə məlumatda bildirilir.
Məhdud sayda yer üçün keçərli olan endirimdən yararlanmaq istəyən sərnişinlər martın 1-nə qədər satın alacaqları biletlərlə 29 mart-24 oktyabr tarixləri arasında vergilərdən əlavə bir dollardan başlayan qiymətlərlə uça biləcəklər.
Türkiyə, Bağdad, Ərbil və Təl-Əviv çıxışlı uçuşlar bir dollardan, Bakı, Barselona, Berlin, Frankfurt, Paris, Milan, Moskva, Roma və Tiflis çıxışlı uçuşlar bir avrodan, London çıxışlı uçuşlar bir funt sterlinqdən, Bəhreyn çıxışlı uçuşlar bir Bəhreyn dinarından, Küveyt çıxışlı uçuşlar bir Küveyt dinarından, Dubay çıxışlı uçuşlar doqquz BƏƏ dinarından, Dammam və Riyad çıxışlı uçuşlar doqquz Səudiyyə Ərəbistanı rialından başlayan qiymətlərlə satışa buraxılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya