Avropa Parlamentinin prezidentindən azərbaycanlı diaspor fəalına CAVAB
05:54 06.11.2023
Gündəm
412
Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsolanın adından Azərbaycanın Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgərə cavab məktubu göndərilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
AP-nin vətəndaşların sorğuları şöbəsindən (AskEP) soydaşımıza ünvanlanan məktubda bildirilib ki, onun qurumun Azərbaycanla bağlı qətnaməsinə etiraz məktubu 2023-cü il oktyabr 25-də qəbul edilib: “Əmin olun ki, Qarabağdakı vəziyyətlə bağlı oktyabrda qəbul edilmiş sonuncu qətnamə ilə bağlı müşahidələriniz diqqətlə oxunub və qeyd olunub”.
Məktubda nəzərə çatdırılıb ki, prezident parlament üzvlərinə siyasi fəaliyyətlərini necə aparmaları və ya necə səs vermələri barədə göstəriş vermək səlahiyyətinə malik deyil: “Üstəlik, prezident bu qətnaməyə səs verməyib”.
Məktubun sonunda Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin Ermənistan, Azərbaycan və Gürcüstanda vəziyyətin monitorinqini apardığı, bu ölkələrin parlamentləri ilə əlaqə saxladığı və digər məsələlər diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm