Azad olunmuş əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsi yaradılacaq
12:15 16.12.2023
Gündəm
381
Artıq Azərbaycanın bütün əraziləri Zəfər sayəsində Azərbaycanındır.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə quruculuq işləri ilə məşğul olan böyüjk mütəxəsis ordusu var:
“Onlar bu gün azad olunmuş ərazilərdə yaşayırlar. Onlar Qarabağın, bütün işğal olunmuş ərazələrinin yenidən bərpa olunmasını təmin edirlər, belə şərəfli işlə məşğuldurlar. Bizim də onların qarşısında vəzifəmiz onların səsverməsini təmin etməkdir. Artıq azad edilmiş ərazilərdə müəyyən şərait aydınlaşdı. Uzun müddətdir bununla bağlı iş aparırdıq. İlkin rəqəmlərə görə azad olunmuş əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması təmin ediləcək. Yaxın günlərdə DSK-lar bununla bağlı qərar verəcək”.
Rövzət Qasımov diqqətə çatdırıb ki, digər 7 seçki dairəsi üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var: “Bu, seçki dairələri üzrə məntəqələrin sayının uyğunlaşdırılması ilə bağlıdır. Dairələr bununla bağlı artıq son addımı atmağa hazırlaşır”
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm