Azərbaycan Beynəlxalq Kosmonavtika Konqresinə uğurla hazırlaşıb - IAF-ın prezidenti

Azərbaycan kosmik tədqiqatlar sahəsində fəal iştiraka hazır olduğunu nümayiş etdirərək Beynəlxalq Kosmonavtika Konqresinə uğurla hazırlaşıb.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri oktyabrın 1-də qurumun Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında deyib.

O, dünyanın bu sahədə kosmik və texnologiyanın inkişafı istiqamətində böyük addımlar atdığını və bunun qlobal məqsədlərə nail olmaq üçün kosmik sektorda beynəlxalq əməkdaşlığın və elmi tədqiqatların vacibliyini qəbul edən BMT tərəfindən fəal şəkildə dəstəkləndiyini qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.