Azərbaycan dəmir yolu daşıma tariflərində Türkiyə üçün endirimlər tətbiq edib
11:15 20.12.2023
Gündəm
335
Dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla Baş naziri Əli Əsədov arasında görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib.
Eyni zamanda nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm