“Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir aidiyyəti yoxdur” – RƏY + FOTO
Yusif Nəzərli
11:16 23.09.2022
Gündəm
467
“İranın Azərbaycanın daxili işlərinə qarışması, Ermənistanla arasında olan məsələlərə özünü aid etməsi yolverilməzdir. Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir aidiyyəti yoxdur”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Son günlər İranda Azərbaycanla bağlı təhdid dolu bəyanatların səsləndirilməsindən söz açan deputat qeyd edib ki, bu hal xalqımızda böyük narazılığa səbəb olub.
Onun sözlərinə görə, özünü İslam Respublikası adlandıran dövlət məscidləri təhqir edən Ermənistanın rəhbərliyi ilə dostluq-qardaşlıq münasibətləri saxlayır:
“Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra çox ləng formada da olsa münasibətlərin qurulması prosesi gedir. Azərbaycan qarşı tərəfə normal qonşuluq münasibətləri təklif edir, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımır, ölkəmizə qarşı təxribatlar törədir. Sərhədlərin delimitasiyası prosesi baş tutmadığı halda guya özünün sərhədlərinin pozulması barədə iddialar irəli sürür. Bütün bunların fonunda gah İran parlamentində, gah da hərbi dairələrində Azərbaycana qarşı təhdid dolu çağırışlar edilir. Biz isə bu cür münasibəti qəbul edə bilmərik”.
Deputat əlavə edib ki, İran Azərbaycanın öz hüquqlarını bilən, öz müstəqilliyini, suverenliyini qorumağı bacaran bir ölkə olduğunu bilməlidir:
“Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir aidiyyəti yoxdur. Bu iki ölkə aralarında olan münasibətləri özləri tənzimləyəcək. Danışıqlar gedir və Azərbaycan münasibətlərin normallaşdırılması üçün beş prinsip irəli sürüb. Ermənistan da bu prinsipləri qəbul edib. Belə olan halda İranın burada sərhədlərlə bağlı fikir bildirməsi yolverilməzdir. İran ancaq özünə aid olan məsələlərə münasibət bildirə bilər və Ermənistanla olan münasibətlərini Azərbaycanla olan münasibətlərə qatmamalıdır. Ermənistanın bir zamanlar işğalda saxladığı Azərbaycan ərazilərində məscidlərimizi, ibadət yerlərimizi dağıtmasına baxmayaraq, rəsmi Bakı Tehranın İrəvanla olan ikitərəfli yaxın əlaqələrinə müdaxilə etmir”.
A.Mirzəzadə söyləyib ki, İranın Azərbaycanla Ermənistan arasında olan proseslərə müdaxilə etməyə çalışması, sərhəd məsələlərində özünü iştirakçı kimi qəbul etdirmək cəhdi Azərbaycan tərəfindən heç bir zaman qəbul edilməyəcək:
“Əgər İranda kimlərsə hesab edirlərsə ki, hədə-qorxu dolu bəyanatlarla Azərbaycanı öz hüquqlarından çəkinməyə məcbur edəcəklər, çox böyük səhv edirlər. Ermənistanın sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə törətdiyi təxribatlar rəsmi İrəvanın hələ də yeni reallıqları dərk etmədiyini və özünün daxilində ən adi dövlət quruculuğu ilə məşğul ola bilmədiyini göstərdi. Ermənistan həmçinin digər dövlətləri də öz təxribatlarına cəlb etməyə çalışır. Başqa dövlətlər bundan boyun qaçırırlar, lakin İran tərəfinin siyasi cəhətdən bu məsələlərə fikir bildirməsi Azərbaycanda təəssüf doğurur. Biz müstəqil dövlətik və bu müstəqilliyi qorumağı bacarırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya