"Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir"
18:05 23.03.2020
Gündəm
647
Koronavirus artıq dünyanın 187 ölkəsində aşkar olunub, təxminən 300 min əhali virusa yoluxub, 13 mindən çox adam vəfat edib.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O bildirib ki, fevral və mart ayında əsasən bu virus ölkəyə idxal olunurdu, yəni vətəndaşlar bu virusa xarici ölkələrdə yoluxub qayıdırdı: "İndi isə artıq ölkə daxilində də virusa yayılma baş verir. Ona görə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Heç bir ölkənin səhiyyə sistemi bu virusa tam hazır deyildi. Hətta bəzi ölkələrdı yalnız ağır vəziyyətdə olanlar müalicə olunurdu. Virusa yoluxan təxminən 15-20 faiz xəstə oksigen terapiyası, 5 faizində isə ağciyərlərin süni ventilyasiyana ehtiyac olur. Ölkəmizdə virusa qarşı dərman preparatları, əlavə qoruyucu vasitələr alınır. Virusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya önəm vermək lazımdır. Əllər tez-tez yuyulmalı və spirt tərkibli məhlullar vurulmalıdır. Eyni zamanda vətəndaşlar sosial izolyasiya tədbirlərinə diqqət göstərilməlidir".
Səhiyyə naziri yaşı 65-dən çox olan vətəndaşların evdən çıxmasına qadağa qoyulması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu qərar yaşı 65-dən yuxarı olan tibb işçilərinə aid deyil:
"Yaşı 65-dın yuxarı olan tibb işçiləri öz vəzifə borcunu yerinə yetirəcək. Bu qərar tək olan vətəndaşlar üçün nəzərdə tutulub".
Nazir müavininin sözlərinə görə, Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir. Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələnlərdir, digərləri ölkə daxili yoluxmaya tutulanlardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət