Azərbaycan israr edir: “Üçtərəfli bəyanatın müddəaları reallaşmalıdır”
Fidan Həmişəyeva
12:22 29.04.2021
Gündəm
774
“Əsas məsələ kommunikasiyaların açılmasıdır”
“Ermənistan tərəfi isə hər bir məsələni 64 erməni terrorçusunun buraxılmasına bağlayır”
Aprelin 27-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib. İclasda Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Komissiyanın həmsədrləri iclasda çıxış edərək Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdilər. İki ölkə arasında ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələri əhatə edən altı Yol xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi bildirilib.
İclasın əhəmiyyətini “Sherg.az”a dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, toplantının keçirilməsində əsas məqsəd 10 noyabr üçtərəfli razılaşmasının müddəalarını həyata keçirməkdən ibarət idi:
“Azərbaycan tərəfini maraqlandıran əsas məsələ kommunikasiyaların açılmasıdır. Ölkəmiz bu məsələnin həllində israr edir. Ermənistan tərəfi isə hər bir məsələni 64 erməni terrorçusunun buraxılmasına bağlayır. Lakin bütün bunlara baxmayaraq, üçtərəfli bəyanatın müddəaları həyata keçirilməlidir. Tərəflər ümumi maraqları tapmaq üçün kommisiyanın iclasında iştirak ediblər. Əlbəttə ki, kommunikasiyalar bərpa olunsa, Ermənistan iqtisadiyyatı bu durumdan faydalana bilər. Çünki Ermənistanın Rusiyaya, Rusiyanın İrana və Türkiyəyə yolu açılır, Asiya ilə Avropa birləşir. Bir sözlə, ciddi logistik mərkəz yaranır. Onun üçün də bu məsələlərin əhəmiyyəti iclasda müzakirə olunub”.
Deputatın fikrincə, iclasda əlavə olaraq bəzi siyasi məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb:
“Söhbət Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün bağlanması üçün atılan addımlardan gedir. Hələ ki, bu sülh iqtisadi məsələlərdən başlayır, sonrakı mərhələdə isə başqa mövzular gündəmdə ola bilər. Lakin Moskvadakı iclasda 10 noyabr üçtərəfli bəyanatla əlaqədar müddəaların yerinə yetirilməsinə dair danışıqlar aparıldı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm