“Azərbaycan koronavirusla bağlı tədbirlərdə çevik davranır”
Fidan Həmişəyeva
09:06 13.03.2020
Gündəm
788
Azər Həsrət:“Amma təsirin azaldılması, ən aşağı səviyəyə çatdırılması üçün dövlətimiz lazımi işləri görür”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri koronavirusla bağlı vəziyyətlə tanış olmaq üçün Azərbaycana səfər ediblər. Səfər zamanı ölkəmizdə koronavirusun yayılmasının qarşsının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq yüksək dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycan ÜST-nın laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir. Ölkəmiz ÜST-lə səmərəli əməkdaşlıq edir.
Vəziyyəti dəyərləndirən tanınmış jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında dövlətimizin koronavirusla bağlı gördüyü tədbirlərin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, həqiqətən də Azərbaycan koronavirusla bağlı tədbirlərdə yetərincə çevik davranır:
“Avropa ölkələrində belə koronavirus tüğyan edir, nə qədər ölüm faktı qeydə alınıb. Qonşu İranda da koronavirus çox geniş yayılıb. Buna baxmayaraq dövlətimiz koronavirus bəlasının öhdəsindən gəlməkdə bacarıqlıdır. Azərbaycan problemin qarşısını almaqda çətinlik çəkmir. Təbii ki, bu pandemiyanın Azərbaycandan yan keçəcəyi haqqında nəsə deyə bilmərik. Yəni virus mütləq şəkildə Azərbaycana da öz təsirini göstərə bilər. Amma təsirin azaldılması, ən aşağı səviyəyə çatdırılması üçün dövlətimiz lazımi tədbirlər görür. Vətəndaş olaraq belə yanaşmaya görə çox məmnunuq. Virusun geniş kütlələr arasında yayılmasının qarşısı alınırsa, dövlətimiz bunu bacarırsa, eyni zamanda ÜST bunu təqdir edirsə, Azərbaycan adına sevinməmək mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi