
Azərbaycan Mehri qarşılığında Qarabağı güzəştə getməzdi - AÇIQLAMA
00:32 22.12.2023
Gündəm
414
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib ki, Qarabağ münaqişəsi ilə bağlı prosesdə problemin həllinə yönələn variant olmayıb. “Madrid prinsipləri”ndən bu yana masa üzərində olan bütün variantlar Qarabağ məsələsinin həll olunmamasını nəzərdə tuturdu. Paşinyan bildirib ki, 1999-cu ildə məsələnin kökdən həlli üçün sadəcə bir variant irəli sürüldü. Bu variant Mehrinin Qarabağla mübadiləsini nəzərdə tuturdu. Yəni Mehri Azərbaycana veriləcək, Qarabağ isə Ermənistana birləşdiriləcəkdi. Lakin problemin uzadılması Ermənistan və Azərbaycan üzərində, bir növ, kölgə kimi saxlanıldı.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın qeyd etdiyi məqam müəyyən mənada həqiqəti əks etdirsə də, bütövlükdə belə deyil. Ekspertin fikrincə, “Qarabağ əvəzinə Mehri” təklifi 1999-cu ildən əvvəl 1945-ci ildə dilə gətirilib:

"Həmin vaxt Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin katibi Georgi Malenkov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova teleqram yollayır. G.Malenkov Azərbaycanın tərkibində olan "Dağlıq Qarabağ" vilayətinin Ermənistana verilməsi məsələsini qaldırdığını qeyd edir. Yəni o, "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistana verilməsini istəyir. Bağırov isə cavab teleqramında bildirir ki, "DQMV"nin Ermənistan SSR-nin tərkibinə verilməsi məsələsi ilə bir vaxtda Ermənistan SSRİ-nin Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycanın tərkibinə verilməsi məsələsinə də baxılmalıdır. Bu rayonlar Azərbaycana bitişikdir və əsasən azərbaycanlılar məskunlaşıb. Yəni Ermənistan Baş naziri Nikol Paşinyanın qeyd etdiyi ərazi mübadiləsi məsələsi, əslində, 80 il əvvəl müzakirə edilib. Bununla belə etiraf etmək lazımdır ki, 1999-cu il keçmiş Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların ən aktiv dövrü idi. Vasitəçilərin, tərəflərin bir sıra təklifləri gündəmdə idi. Hətta keçmiş "DQMV"-yə yüksək muxtariyyətin verilməsi belə gündəmə gəlmişdi".
Analitik vurğulayıb ki, N.Paşinyanın qeyd etdiyi məsələ o baxımdan qərəzlidir ki, heç bir halda Azərbaycan Mehri qarşılığında Qarabağı güzəştə getməzdi: "Ərazi baxımdan Mehri Qarabağdan çox kiçikdir. Digər tərəfdən, iki ərazinin strateji və təbii sərvət üstünlüyü eyni dərəcədə deyil. Azərbaycan ən yaxşı halda Kəlbəcər və "DQMV"ni güzəştə gedə, lakin əvəzində Zəngəzurdan eyni ölçüdə torpaq istəyərdi. Nəticə etibarilə bütün bu təkliflər və tarixi faktlar geridə qalıb. Artıq yeni reallıqlar var və rəsmi Bakı daha üstün mövqedədir. Belə olan təqdirdə Ermənistanın tək seçimi yekun sülh müqaviləsini imzalamaq və ya bu istiqamətdə danışıqları davam etdirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət