
Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır
Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır
Yusif Nəzərli
09:43 15.09.2023
Gündəm
365
Rəsmi Bakı bu günə qədər 43 maddəlik bəyannamənin bir maddəsini belə pozmayıb
Məlum olduğu kimi, rəsmi Moskva Rusiyanın nəzarətə götürdüyü 4 regionda keçirilmiş seçkilərlə bağlı Bakının bəyanatlarından narazı qalıb və cavab olaraq demarş bildirib. Rusiya XİN sözçüsü Mariya Zaxarova qeyd edib ki, Azərbaycanın Rusiyanın yeni ərazilərində seçkilərlə bağlı bəyanatları qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun gəlmir. Ekspertlərə görə, Zaxarovanın indiki məqamda belə bir fikir səsləndirməsi diqqət çəkir. Ümumiyyətlə, Azərbaycan ölkələrin beynəlxalq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşır və bunu prioritet hesab edir.
Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə işğalda qalan ölkədir. Belə bir məqamda rəsmi Bakıdan işğalçılığı dəstəkləməsini tələb etmək, ya da belə bir gözləntinin olması gülüncdür.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Azərbaycanın Rusiyanın “yeni ərazilərində” keçirilən seçkiləri qəbul etməməsində qeyri-adi nəsə yoxdur. Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir:
"Zaxarovanın Bakının bu mövqeyini qəbuledilməz adlandırması və müttəfiqlik xarakterinə uyğun görməməsi yanlış yanaşmadır. Məsələ ondadır ki, 2022-ci il fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Vladimir Putin tərəfindən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandı. Rəsmi Bakı bu günə qədər 43 maddəlik bəyannamənin bir maddəsini belə pozmayıb. Həmin bəyannamənin birinci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Putin işğal edilən qondarma “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin ərazilərinin Rusiya Federasiyasına qəbul edilməsi haqqında sazişləri 2022-ci ilin noyabr ayında imzalayıb".

Analitik vurğulayıb ki, rəsmi Bakının bu vilayətləri Rusiya ərazisi kimi qəbul etmək öhdəliyi yoxdur:
"43 maddəlik bəyannamənin bir maddəsində belə Rusiyanın işğal edəcəyi ərazilərin Azərbaycan tərəfindən qəbul ediləcəyi barədə maddə yer almayıb. Zaxarovanın unutduğu əsas məsələ isə Azərbaycanın Rusiya ilə müttəfiqlik xarakterinə uyğun olaraq bu günə qədər Qərbin, ABŞ-nin sanksiyalarına qoşulmamasıdır. Müqayisə üçün deyim ki, Ermənistan sanksiyalara qoşulduğu kimi həm də Roma Statunu qəbul edərək Rusiya Prezidentinin bu ölkəyə səfərini hüquqi olaraq bloklayıb. Azərbaycan bunu da etməyib. Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Qarabağdakı saxta “seçkiləri” pisləyən ölkələrə təşəkkür edərkən Ukraynanın da adını çəkib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat