Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
Yusif Nəzərli
11:49 29.08.2022
Gündəm
332
Azərbaycanın Energetika Nazirliyi Özbəkistanla imzalanmış enerji əməkdaşlığının Yol Xəritəsinə dair açıqlama yayıb.
"Report"un xəbərinə görə, açıqlamada deyilir ki, sənəd Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüş zamanı imzalanıb.
Görüşdə dövlət başçısının bu ilin iyun ayında Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların, verilmiş tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. P. Şahbazov ortaq tarixi-mədəni dəyərlərə malik ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının əsasının qoyulduğu yeni reallıqlar dövründə enerji əməkdaşlığı üçün geniş imkanların qarşılıqlı dəyələndirilməsinin və birgə tərəfdaşlıqların qurulmasının vacibliyini qeyd edib. Nazir deyib ki, Azərbaycan Prezidentinin Özbəkistana tarixi dövlət səfəri strateji tərəfdaşlığımızın enerji sahəsində dərinləşdirilməsini aktuallaşdırıb. Daşkənd şəhərində hər iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu, bugünkü müzakirələr və energetikada birgə fəaliyyətimizin Yol Xəritəsi nəticəyönümlü tədbirlərin görülməsinə və çoxspektrli enerji əməkdaşlığının inkişafına töhfə verəcək.
Energetika sektorunda ikitərəfli əməkdaşlığın yeni mərhələsində qarşıda mühüm vəzifələrin olduğunu deyən A.Ahmedxacayev isə bildirib ki, Özbəkistan və Azərbaycan mütəxəssislərinin bərpaolunan enerji, karbohidrogen sektorunda təcrübəsi, ölkələrimizin ənənəvi dostluq münasibətləri və birgə səylər hər iki ölkədə energetika sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcək.
Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir. Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcəklər. Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur.
Yol Xəritəsi üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya