Azərbaycan və Rusiya enerji şirkətləri birgə əməkdaşlığı müzakirə ediblər
14:45 12.10.2023
Gündəm
421
Azərbaycan və Rusiya enerji şirkətləri arasında birgə layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla keçirdiyi görüşdə bildirilib.
A. Novakla görüşdə Azərbaycan ilə Rusiya arasında neft-qaz hasilatı, nəqli və neft məhsullarının təchizatı, həmçinin elektrik enerjisi üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib. İranın “Monenco” şirkəti tərəfindən Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması istiqamətində görülən işlərə, eləcə də “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
P. Şahbazovun keçirdiyi bir sıra ikitərəfli görüşlərlə yanaşı Rusiya ilə ikitərəfli enerji əlaqələri, həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsinə dair məsələlərin müzakirəsi energetika naziri Nikolay Şulqinov ilə görüşdə də davam etdirilib.
P. Şahbazov Pakistanın energetika və neft naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə də görüşüb. Görüşdə dostluq, qardaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin inkişafında enerji əməkdaşlığının rolundan bəhs edilib. Bu xüsusda, “SOCAR Trading” şirkəti ilə LNG təchizatı üzrə imzalanmış müqavilənin əhəmiyyəti qeyd olunub. Yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə isə neft-qaz və bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirak təklifləri dəyərləndirilib. Tacikistanın ölkəmizlə geniş enerji əməkdaşlığı qurmaqda maraqlı olduğu ifadə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya