Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq Ermənistanı xilas edə bilər - AKTUAL
11:08 06.11.2023
Gündəm
529
Paşinyan və komandası faktiki olaraq ölkələrini müxtəlif xarici güc mərkəzlərinin masasına qoyub
Bu gün beynəlxalq ekspert qiymətləndirmələri Ermənistanın mümkün “zonal bölgüsü”nü müzakirə edir. İstisna deyil ki, baş verən hadisələr son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İran və Avropa Birliyinin təsir zonalarına bölünməsinə gətirib çıxaracaq.
Bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.
“Gələcəyə indiki əzilmiş vəziyyətimizlə getməyə məcburuq. İstəməsək də, bizi aparacaqlar. Keçmişi səhv başa düşməyə və bu günü yanlış qiymətləndirməyə davam etsək, gələcəyimizi öz əllərimizlə cəhənnəmə çevirə bilərik”, - o bildirib
Vahe Ovannisyanın sözlərin “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hazırda Ermənistan cəmiyyətində ümumi bir məğlubiyyət və qorxu panikası höküm sürür:
“Sözü gedən məğlubiyyət və qorxu eyforiyasını müxtəlif formalarda erməni ekspertlər cəmiyyətə ötürməyə çalışırlar. Azərbaycan və Türkiyə Ermənistana sülh və formlaşacaq regional iqtisadi, siyasi və tranzit komunikasiya imkanlarından istifadə etməyi təklif edir. Hər hansı bir formada Azərbaycan və Türkiyənin Ermənistan ərazilərinə iddiası mövcud deyil. Buna baxmayaraq bu gün Ermənistanın hansısa zonalara bölünməsi ilə bağlı erməni cəmiyyətinə fikir aşılmaq özü böyük bir absurdluğu ifadə edir”.
T. İsmayılov Paşinyan və komandasının faktiki olaraq öz ərazilərini müxtəlif xarici güc mərkəzləri üçün peşkəkə çevirdiklərini vurğulayıb:
“Hazırda Ermənistanın bir tərəfində Avropa İttifaqının mülkü müşahidə missiyası adı altında Qərbin hərbi komissarları fəaliyyət göstərir. Gümrüdə Rusiya hərbi bazası var. Qafanda İran konsulluğu adı altında SEPAH agentləri var. Ermənistan hakimiyyətinin hazırda ərazilərini tikə-tikə müxtəlif güc mərkəzlərinin ovucuna atması reallıqdır. Bu gün Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq əslində Ermənistanı xilas edə bilər. Bu baxımdan Azərbaycan və Türkiyənin Ermənistanı hansısa zonalara birləşdirmək və yaxud özünün tərkibə qatmaq kimi ideası yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm