Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb - YENİLƏNİB - FOTO - VİDEO
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb - YENİLƏNİB - FOTO - VİDEO
Yusif Nəzərli
12:53 11.09.2023
Gündəm
343
Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edib.
APA MN-ə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi xatirə kitabına ürək sözlərini yazıb.
Sonra general-polkovnik K.Vəliyev türkiyəli həmkarı ilə görüşüb.
Əvvəlcə təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.
Protokola uyğun olaraq şərəf kitabı imzalanıb.
Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Türkiyənin Baş Qərargah rəisi qonaqları salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ordu generalı M.Gürak iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.
General-polkovnik K.Vəliyev türkiyəli həmkarına dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Ölkələrimiz arasında uğurla inkişaf edən əməkdaşlığın qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti barədə brifinq təqdim olunub.
***
15:50
Azərbaycanın Baş Qərargah rəisi və müdafiə nazirinin 1-ci müavini, general-polkovnik Kərim Vəliyev Türkiyədə səfərdədir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, onu Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak qarşılayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat