"Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı"
Yusif Nəzərli
10:52 11.12.2021
Gündəm
456
"Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta strateji kommunikasiyasiyanın nə olduğunu belə dünyanın bilmədiyi dövrdə strateji kommunikasiya, dezinformasiya, yalan xəbərlərin ölkəmizə qarşı olduğunu gördük".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycan ilk günündən informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşdi: "Xüsusilə Qarabağ müharibəsi əsnasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla hibrid savaşlar müşahidə olunub. Dünyanın hələ dezinformasiyanı tam qavramadığı dövrdə Azərbaycan bunlarla üz-üzə qaldı. Lakin o zaman 1990-cı illərin əvvəllərində biz bu savaşa hazır deyildik. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal etdi. Bu işğalın terror, aqressiv separatizm, ayrı seçkilikə müşahidə olunduğu təqdirdə dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən bizim insanımız öldürüldüyü təqdirdə azərbaycanlıların erməniləri öldürüldüyü irəli sürülürdü. Bunun nəticəsində erməni soyqırımı adı altında dünyada propaqanda apatılırdı. Bütün bunların fonunda Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı".
O qeyd edib ki, erməni lobbisinin dünya üzrə Azərbaycana qarşı apardığı bu siyasətə cavab olaraq yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək koordinasiya olunmuş şəkildə bir siyasət həyata keçirərək bunun qarşısını ala bilərdik: "Bu proseslər dünyanın susduğu, baş verənləri görmədiyi, duymaq istəmədiyi anda baş verdi. Bu problemlərin fonunda biz uzunvadəli bir yola çıxdıq. Otuz illik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq, bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu".
Hikmət Hacıyev Vətən müharibəsi haqqında danışarkən bildirib ki, bu savaş dövründə strateji kommunikasiyanın düzgün aparılması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi: "Bu dövr ərzində ermənilərin yenidən ölkəmizə qarşı başlatdığı savaşa baxmayaraq dünyanın bir aparıcı media orqanlarının çoxunun qapıları Azərbaycan üçün qapalı qalmağa davam edird:"Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 günlük savaş dövrü ərzində demək olar ki, hər gün dünyanın 30-dan artıq ən, aparıcı, ən vacib televiziya bə media agentliklərinə ölkə başçımızın saatlarla davam edən müsahibələri təşkil edildi. Əsgərlərimiz meydanda sərhəddi necə yaradılarsa, bu, eyni zamanda informasiya savaşından da səthədlətin yayılması idi. Prezidentimizin sosial media mesajlatı həm informasiyanı dünyaya çatdırırı, həm də xalqımızı məlumatlandırırdı".
Ermənistanın sonunda öz yalanlarının qurbanına çevrildiyini bildirən PA rəsmisi həqiqətlərin dünyaya çatdırılmasının önəmli olduğunu, bu xüsusda qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi informasiya və edia sahəsində də çiyin-çiyinə çalışmasını xüsusi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi