Azərbaycanda işsizlərin sayı açıqlanıb
Yusif Nəzərli
11:51 15.12.2021
Gündəm
751
Bu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5302,4 min nəfər olub. Onlardan 4986,6 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1670,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 7,5 faizi tikintidə, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,4 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat